logo

"Tokio-2020" Olimpiadasında iştirak edəcək atletlərimizin sayı 38-ə çatdı

09:53 23-06-2021 | icon 3234
"Tokio-2020" Olimpiadasında iştirak edəcək atletlərimizin sayı 38-ə çatdı

Beynəlxalq Cüdo Federasiyası bu il keçiriləcək "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar.

Onlar arasında Azərbaycan yığmasının doqquz üzvü də var. Kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) "Tokio-2020"də iştirak hüququna yiyələnib.

Bununla da Azərbaycanın "Tokio-2020"də iştirak hüququ qazanan idmançılarının sayı 38-ə çatıb.