logo

Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək

11:59 18-06-2021 | icon 8456
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək

Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.

YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, fondun yaradılmasında məqsəd Azərbaycan vətəndaşlarının təhsil imkanlarını genişləndirməkdir.

O, qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun Nizamnamə kapitalı 80 milyon olacaq. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.

Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilindəki təhsilə şamil olunacaq.

Kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmayacaq.

Nazir bildirib ki, özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər. Kredit alan tələbə yaxşı oxuyarsa ona müəyyən güzəştlər olunacaq.

Təhsil Tələbə Kredit Fondu tərəfindən ödənilən kredit birbaşa tələbənin özünə deyil, onun təhsil aldığı ali təhsil müəssisəsinə ödəniləcək.

Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək.

Kredit alan tələbə yaxşı oxuyarsa ona müəyyən güzəştlər olunacaq.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.