logo

Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı

09:50 15-06-2021 | icon 1729
Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

YeniAvropa  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmi səfərlə Azərbaycana gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.Səfərdə dövlət başçısını Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın müşayət edir.