logo

 Rəcəb Tayyib Ərdoğan Brüsseldə mətbuat konfransı keçirib

22:56 14-06-2021 | icon 2513
 Rəcəb Tayyib Ərdoğan Brüsseldə mətbuat konfransı keçirib

Qlobal sabitliyin qorunmasında NATO-nun həm qərarlılığı, həm də üzərinə götürməli olduğu məsuliyyətlər artıb. İndi məsuliyyətdən qaçmaq dövrü deyil.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirdiyi mətbuat konfransında ifadə edib.

NATO sammitində və zirvə çərçivəsində keçirdikləri ikitərəfli görüşlərdə faydalı müzakirələr aparıldığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı ölkəsinin xarici siyasəti, qlobal və regional proseslərdə sərgilədiyi mövqe, o cümlədən terrorizmlə mübarizədə apardığı qətiyyətli mücadilə barədə geniş məlumat verib. Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə haqlı və mənafelərinə uyğun mövqelərini qorumaqda qərarlıdır.

Qafqaz bölgəsindəki vəziyyəti şərh edən prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, səylərimiz nəticəsində Dağlıq Qarabağda otuz illik gecikmə ilə də olsa ədalət bərpa olundu, düşmənçiliyin yerini sülhün, xaosun yerinə sabitliyin, münaqişənin yerinə uzunmüddətli sülhün ala biləcəyi qapılar açıldı.