logo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

08:30 15-06-2021 | icon 1631
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də  geçə saatlarında Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.