logo

Ərdoğan NATO zirvəsində görüşlərə başladı:Makron, Conson, Merkel...

14:45 14-06-2021 | icon 2968
Ərdoğan NATO zirvəsində görüşlərə başladı:Makron, Conson, Merkel...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də,  NATO zirvəsi çərçivəsində ikitərəfli görüşlərinə başlayıb. 

YeniAvropa xəbər verir ki, bir qədər əvvəl Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.

Görüşdə ikitərəfli məsələlər müzakirə edilib.

Bu görüşdən sonra Türkiyə prezidentinin Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək. Rəcəb Tayyib bu görüşün ardınca Almaniya kansleri Angela Merkellə bir araya gələcək.

Türkiyə prezidenti daha sonra Yunanıstanın baş naziri Kiryakos Miçotakisi də qəbul edəcək.

Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşü Türkiyə vaxtı ilə saat 18.00-da baş tutacaq.