logo

Ərdoğan Milli Məclisdə çıxış edəcək: deputatlar COVİD-19 testindən keçir

11:55 14-06-2021 | icon 1806
Ərdoğan Milli Məclisdə çıxış edəcək: deputatlar COVİD-19 testindən keçir

Koronavirus infeksiyası ilə əlaqədar Milli Məclisin deputatları bu gün və sabah mərhələli şəkildə tibbi test yoxlanışından keçəcəklər.

YeniAvropa xəbər verir ki, bu, iyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasının keçirilməsi ilə bağlıdır.

Belə ki, iyunun 15-də Azərbaycana səfərə gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti gün Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasına qatılacaq və orada çıxış edəcək.