logo

Paytaxtda bacıçını bıçaqlayaraq öldürən qardaş həbs edildi 

11:08 14-06-2021 | icon 1918
Paytaxtda bacıçını bıçaqlayaraq öldürən qardaş həbs edildi 

Qardaşın bacısına on bıçaq zərbəsi vurması və bununla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara Baş Prokurorluq tərəfindən münasibət bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya dörd bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.