logo

Naftali Bennet İsrailin yeni baş naziri oldu

20:53 13-06-2021 | icon 1253
Naftali Bennet İsrailin yeni baş naziri oldu

İsraildə “Yamina” partiyasının lideri Naftali Bennetin bu gün Knessetdə 13-cü baş nazir olaraq andiçmə mərasimi keçirilib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, daha əvvəl Knesset Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib və “Yesh Atid” partiyasından Miki Levini yeni spiker seçib.

Səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə “Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək.