İyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək "EURO-2020"nin final mərhələsinin qrup matçları çərçivəsində baş tutacaq Türkiyə-Uels matçının tamaşaçıları sırasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən qrup toplantısında çıxışı zamanı məlumat verib.
"Bakıya səfərim çərçivəsində çərşənbə günü axşam Bakıda "EURO-2020"nin final mərhələsinin qrup matçları çərçivəsində Türkiyə-Uels matçını seyr edəcəm",-deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
"EURO-2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə
16 iyun, saat 20:00
Türkiyə - Uels
20 iyun, saat 20:00
Türkiyə - İsveçrə
1/4 final mərhələsi
3 iyul, saat 20:00
Xatırladaq ki, mayın 15-dən etibarən EURO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb. Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:
KASSA
|
ÜNVAN
|
Köşk №1
|
M.Rəsulzadə 3., Bakı,
|
Köşk №2
|
Bülbül prospekti, Nizami küç., Bakı
|
Köşk №3
|
Üzeyir Hacıbəyli küç.69x, Bakı
|
1 saylı "ASAN xidmət” mərkəzi
|
Həsən Əliyev küç.36, Bakı
|
2 saylı "ASAN xidmət” mərkəzi
|
Nobelprospekti 23, AMAYT.M., Bakı
|
3 saylı "ASAN xidmət” mərkəzi
|
Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı
|
Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.
Biletlərin qiymətləri:
1-ci kateqoriya - 250 AZN
2-ci kateqoriya - 150 AZN
3-cü kateqoriya - 60 AZN