logo

Vladimir Putin Şarl Mişellə Dağlıq Qarabağı müzakirə edib

21:31 07-06-2021 | icon 3864
Vladimir Putin Şarl Mişellə Dağlıq Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə Qarabağ məsələsini müzakirə edib.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,  Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib.

Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib.