Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.