logo

Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edildi

09:11 31-05-2021 | icon 5964
Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edildi

Bu gündən Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edilir.

YeniAvropa xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında öz əksini tapıb.

Qərara əsasən, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir.