logo

“8 Noyabr” metrostansiyası açıldı-Prezident İlham Əliyev tədbirdə iştirak edir

09:30 29-05-2021 | icon 5733
“8 Noyabr” metrostansiyası açıldı-Prezident İlham Əliyev tədbirdə iştirak edir

Bu gün, mayın 29-da , paytaxtın Nəsimi rayonu C.Səlimov küçəsi, 1065 məhəllə (Mərkəzi Hərbi Hospitalın qarşısında) ünvanında yerləşən “Bakı Metropoliteni”nin "Bənövşəyi xətti"nin “8 Noyabr” stansiyasının rəsmi açılış mərasimi keçirilib.

YeniAvropa -nın əməkdaşı hadisə yerindən xəbər verir ki, tədbirdə prezident İlham Əliyev iştirak edir.  

Qeyd edək ki, 2014-cü ildən inşa olunan bu stansiya  “Bənövşəyi xətti”nin sayca üçüncü("Avtovağzal", "Memar Əcəmi-2")  stansiyasıdır. Layihədə şərti adı "B-3" olan stansiya 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılıb.

Geniş bir ərazini əhatə edən stansiyada 16 meqavolt amper (MVA) gücündə dizel generator stansiyası da inşa edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, gələcəkdə bu xətt üzrə stansiyaların sayı Xətai rayonu istiqamətində 12-yə çatdırılacaq.

0-1-1

0-1-3

 0-4