logo

MN: Düşmən Şuşa istiqamətində ordumuzun mövqelərini atəşə tutub

13:06 26-05-2021 | icon 7434
MN: Düşmən Şuşa istiqamətində ordumuzun mövqelərini atəşə tutub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb.

İtki yoxdur.