logo

Meksikalı Andrea Mesa 2021-ci ilin “Dünya gözəli” seçilib

13:11 17-05-2021 | icon 19740
Meksikalı Andrea Mesa 2021-ci ilin “Dünya gözəli” seçilib

Mayın 16-da ABŞ-ın Florida şəhərində “Dünya gözəli – 2021” beynəlxalq gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, 69-cu gözəllik müsabiqəsinin qalibi Meksikanın 26 yaşlı təmsilçisi Andrea Mesa olub.

O, tac uğrunda mübarizənin final mərhələsində Braziliya və Hindistandan olan qızları geridə qoyub.

Meksika təmsilçiləri müsabiqə tarixində artıq üçüncü dəfədir ki, qalib adını qazanır (1991, 2010).

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ən nüfuzlu gözəllik müsabiqəsinin keçirilməsi ötən il təxirə salınmışdı.