logo

Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı

10:55 15-05-2021 | icon 14098
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı

Bakıda keçiriləcək "JARA 2022" Beynəlxalq Musiqi Festivalının tarixləri açıqlanıb.

 YeniAvropa xəbər verir ki, festivalın sosial şəbəkədəki rəsmi hesabında bu barədə belə qeyd edilib: "Bakıda, Xəzər dənizinin sahilində baş tutacaq "JARA 2022 "nin tarixləri məlum oldu. Sizi 27-31 iyulda gözləyirik!".

Qeyd edək ki, pandemiya səbəbindən 28 iyul-1 avqust tarixlərində Bakıda keçirilməsi planlaşdırılan "Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. Və festiaval bu il ilk yubileyini 23-27 iyun tarixlərində Moskvada, "Lujniki" kompleksinin ərazisində qeyd edəcəkdir.

Xatırladaq ki, “JARA” Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən etibarən hər il Bakıda, Ağalarovlar ailəsinə məxsus olan “Sea Breeze” istirahət mərkəzində keçirilir. Festivalda əsasən Rusiyanın məşhur estrada ulduzları iştirak edirlər. Festivaln fəxri qonaqları sırasında Rusiyanın hakim elitasının nümayəndələri də yer alırlar.