logo

Ukraynada hökumət böhranı: 3 nazir istefa verdi

20:50 14-05-2021 | icon 2240
Ukraynada hökumət böhranı: 3 nazir istefa verdi

Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli öz istəkləri ilə istefa ərizəsi yazıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə hakim “Xalqın xidmətçisi” partiyasından məlumat verilib.

Məlumata görə, hər üç nazirin istefa ərizəsi Ali Radaya daxil olub.

Hakim partiyadan verilən məlumata görə, istefaya səbəb Ukrayna prezidentinin onların fəaliyyətindən narazı qalmasıdır.

Mayın 17-də “Xalqın xidmətçisi” fraksiyası yığışaraq hər üç nazirin istefa məsələsinə baxacaq. Mayın 18-də isə bu məsələnin Ali Radanın iclasına çıxarılacağı gözlənilir.