logo

Ötən ay 11 uşaq övladlığa götürülüb

14:34 14-05-2021 | icon 2128
Ötən ay 11 uşaq övladlığa götürülüb

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.Qeyd edilib ki, onlardan 22-si qohumlararası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.