logo

Rafael Ağayevin şəkli Avropa çempionatının posterində

15:12 12-05-2021 | icon 2765
Rafael Ağayevin şəkli Avropa çempionatının posterində

Xorvatiyanın Porec şəhərində keçiriləcək Avropa çempionatı ilə bağlı poster hazırlanıb.

 YeniAvropa xəbər verir ki,  posterdə tanınmış karate ustaları ilə birgə dünyanın ən məşhur karateçilərindən biri olan dəfələrlə dünya və qitə çempionatlarının qalibi Rafael Ağayevin (74 kq) də şəkli yer alıb. R.Ağayev öz çəki kateqoriyasında qitə çempionatının favoritlərindən biridir.

Qeyd edək ki, Azərbaycan karateçilərinin də qatılacağı Avropa çempionatı mayın 19-23-də keçiriləcək.