logo

“Toyota” 2020-ci ildə 20 milyard dollar xalis mənfəət əldə edib

14:44 12-05-2021 | icon 2716
“Toyota” 2020-ci ildə 20 milyard dollar xalis mənfəət əldə edib

Yaponiyanın “Toyota Motor Corporation” şirkəti cari ilin martında baş çatmış ötən maliyyə ilində 2,2 trilyon yen (təqribən 20 milyard dollar) təmiz mənfəət əldə edib.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat şirkətin mayın 12-də yaydığı maliyyə hesabatında öz əksini tapıb.

Bildirilir ki, hesabat dövründə şirkətin istehsal xətləri və avtomobillərin satışı koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti zərər çəkib. Lakin şirkətin planlaşdırdığı kimi, yeni modellərin təqdimatı satışın həm ABŞ-da, həm də Çində tezliklə bərpasına təsir göstərib.

Şirkətdən bəyan ediblər ki, həmçinin yarımkeçiricilərin qlobal defisitinin qarşısını da almaq mümkün olub.

Bununla yanaşı, şirkətin 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək davam edəcək növbəti maliyyə ilində 21 milyard dollar təmiz mənfəət proqnozlaşdırdığı da bildirilir. Həmin proqnoza əsasən, bütün dünya üzrə 10,55 milyon avtomobilin satılacağı qeyd edilir.