logo

Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

13:12 12-05-2021 | icon 3451
Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkəsində qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat verib.

Qanuna görə, seçkilərdə iştirak etmək üçün sənəd təqdim edənlərin namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən qəbul edilən namizədlərin adları 26-27 may tarixlərində açıqlanacaq.

İranda Prezident seçkiləri iyunun 18-nə təyin edilib. 

Xatırladaq ki, Qeyd edək ki, 64 yaşlı  Mahmud Əhmədinejad ardıcıl 2 dəfə seçilməklə 2005–2013-cü illərdə İranın prezidenti olub.