logo

Benyamin Netanyah İsraildə fövqəladə vəziyyət elan etdi

12:44 12-05-2021 | icon 2387
Benyamin Netanyah İsraildə fövqəladə vəziyyət elan etdi

İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu özünün “Twitter” hesabında məlumat paylaşıb.

Qeyd edək ki, bundan əvvəl Lod şəhərinin meri iğtişaşlar səbəbindən vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi.   

Al-Mayadeen telekanalı isə məlumat verir ki, şəhərin bir qrup ərəb sakini avtomobillərə od vurub, Lodda yerləşən sinaqoqlardan birini yandırmağa cəhd ediblər.