logo

Şuşada “Xarıbülbül” festivalı başlayır

11:55 12-05-2021 | icon 3633
Şuşada “Xarıbülbül” festivalı başlayır

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

YeniAvropa xəbər verir ki, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.