logo

Bu gün Ramazan ayının son günüdür

09:38 12-05-2021 | icon 7518
Bu gün Ramazan ayının son günüdür

Bu gün, mayın 12-i Ramazan ayının 29-cu, sonuncu günüdür.

YeniAvropa xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — bayram axşamı şam namazından sonradır.

QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

Xatırladaq ki, Ramazan ayı Miladi təqvimi ilə aprelin 14-də başlayıb. Mayın 13 və 14-ü Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.