logo

Bolqarıstan parlamenti buraxıldı

22:55 11-05-2021 | icon 6321
Bolqarıstan parlamenti buraxıldı

Bolqarıstan rezidenti Rumen Radev parlamentin buraxılması və iyulun 11-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fərman verib.

YeniAvropa "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı bu addımı 1 ay əvvəl keçirilən səsvermə nəticələrindən sonra siyasi partiyalardan heç birinin hakim koalisiyanı qura bilməməsindən sonra atıb.

İki əsas müxalifət partiyası hakim koalisiya yaratmağa cəhd belə göstərməyib. Bu səbəbdən də R.Radev növbəti dəfə parlament seçkiləri keçirmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Bolqarıstanda parlament seçkiləri bu il aprelin 4-də keçirilib.  Bolqarıstanın keçmiş baş naziri Boyko Borisovun rəhbərlik etdiyi QERB Partiyası rəqiblərini qabaqlayaraq seçkidən birinci partiya kimi çıxıb-parlamentdə 25% mandata sahib olub. Boyko Borisov növbəti hökuməti formalaşdırmaq üçün parlamentə düşən digər 4 siyasi partiya ilə koalisiya yaratmaq istəsə də buna nail ola bilməyib.