logo

Azərbaycan prezidenti tatarıstanlı həmkarına başsağlığı verdi

21:11 11-05-2021 | icon 2079
Azərbaycan prezidenti tatarıstanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev mayın 11-də Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanova başsağlığı məktubu göndərib. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:" Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".