logo

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

19:49 11-05-2021 | icon 3773
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev mayın 11-də Rusiya Federasiyasının prezidenti  Vladimir Putinə başsağlığı məktubu göndərib. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Hörmətli Vladimir Vladimiroviç.

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".