logo

Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

18:20 11-05-2021 | icon 3031
Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

Yaponiya paytaxtında keçiriləcək "Tokio-2020" Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.

Həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-Roma güləş növü üzrə gücünü sınayacaq.

Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanıblar.