logo

Lavrov Yerevanda minalanmış ərazilərin xəritələrini müzakirə edib

14:29 11-05-2021 | icon 1876
Lavrov Yerevanda minalanmış ərazilərin xəritələrini müzakirə edib

Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq.

YeniAvropa xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsi ilə bağlı sualı cavablandırarkən deyib.

Sergey Lavrov bildirib ki, bu məsələni İrəvanda müzakirə edib :" Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etməyin vacib olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və tam həllini tapacaq".