logo

Kazanda məktəbdəki atışmada 9-u uşaq olmaqla, 11 nəfər ölüb

13:57 11-05-2021 | icon 2345
Kazanda məktəbdəki atışmada 9-u uşaq olmaqla, 11 nəfər ölüb

Mayın 11-də Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş verən atışmada 9-u uşaq olmaqla, 11 nəfər ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ilkin məlumata görə, iki yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.

Onlardan biri saxlanılıb, digəri məhv edilib.

Tatarıstan prezidenti Rüstəm Minnixanov hadisə yerinə gəlib.