logo

Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır

11:55 11-05-2021 | icon 2975
Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır

Bu gündən İranda prezident kürsüsünə namizədlərin qeydiyyatı başlayır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-ə təyin edilib.

Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz.

Mövcud qanunvericiliyə görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq.

Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər. İyunun 17-də və səsvermə günü, yəni iyunun 18-də təşviqat qadağan ediləcək.