logo

“Türk Hava Yolları” mayda Avropa üzrə lider aviaşirkət olub

09:58 11-05-2021 | icon 2163
“Türk Hava Yolları” mayda Avropa üzrə lider aviaşirkət olub

“Türk Hava Yolları” (THY) mayın ilk həftəsində Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, pandemiya dövrü olmasına baxmayaraq, THY hər gün 500-dən çox reys həyata keçirir.

Bu siyahıda ikinci sırada gündəlik 392 uçuşla Fransanın “Air France”, üçüncü yerdə isə 377 uçuşla Almaniyanın “Lufthansa” aviaşirkəti qərarlaşıb.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il daşıdığı sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub.