logo

UEFA Çempionlar Liqasının finalı İstanbuldan alınır?

09:39 11-05-2021 | icon 4326
UEFA Çempionlar Liqasının finalı İstanbuldan alınır?

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün mayın 29-da keçiriləcək final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınır.

YeniAvropa xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün "Twitter" hesabında yazıb. Qeyd edib ki, bununla bağlı UEFA-nın rəsmi qərar bu gün dərc ediləcək. 

O, buna səbəb kimi , son günlər İstanbulda "COVİD-19"a yoluxmanın yüksək olmasını qeyd edib. 

Məlum olduğu kimi İstanbuldakı final görüşündə İngiltərənin iki -“Çelsi” və “Mançester Siti” komandaları görüşməlidir. Mövcud qaydalara görə , pandemiyanın "qırmızı zonası"na səfər edən ingilislər vətənə döndükdən sonra 10 gün karantinə alınmalıdırlar. Başqa sözlə, komandaların üzvləri 10 gün öz hesablarına mehmanxanalarda karantində olmalıdırlar. Bu isə klublar üçün əlverişli deyil. 

İddialara görə,  “Çelsi” və “Mançester Siti” klublarının üz-üzə gələcəyi həlledici görüşün London və ya Lissabonda baş tutacağı bildirilir.

Hələlik  UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməyib.