logo

Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə döndü 

20:50 10-05-2021 | icon 2226
Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə döndü 

44 günlük Vətən müharibəsində ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq Vətənə geri dönüb.

 
YeniAvropa xəbər verir ki, bu barədə fonddan bildirilib. 
 
Qeyd edilib ki, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
 
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
 
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin, yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.