logo

Əfəndinin "Eurovision"dakı geyimi bəyənilmədi

13:23 10-05-2021 | icon 47446
Əfəndinin "Eurovision"dakı geyimi bəyənilmədi
Azərbaycanı "Eurovision-2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi artıq 2 gündür ki, yarışa ev sahibliyi edən Niderlanddadır.
 
 YeniAvropa xəbər verir ki, müğənni ötən gün yarışmada çıxış edəcəyi şou və geyimi ilə ilk məşqini edib. 
 
Dizayner Rüfət İsmayıl tərəfindən hazırlanan libas sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Belə ki, izləyiciləri bu geyimin Əfəndinin boyunu daha qısa göstərdiyini və onun hərəkətinə mane olduğunu iddia ediblər.
 
Xatırladaq ki, mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” mahnı müsabiqəsində ölkəmizin təmsil edəcək Samirə Əfəndi (Efendi) mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. İfaçı “Mata Hari” mahnısı ilə səhnəyə çıxacaq.

Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision - 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.