logo

Daha bir güləşçimiz "Tokio-2020" Yay Olimpidasına lisenziya qazandı

20:31 08-05-2021 | icon 3283
Daha bir güləşçimiz "Tokio-2020" Yay Olimpidasına lisenziya qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Rafiq Hüseynov yarımfinal görüşünü uğurla başa vurub.

 YeniAvropa xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Serbiya təmsilçisi  Viktor Nemes olub.

4:1 hesablı qələbə qazanan Rafiq Hüseynov finala vəsiqə qazanmaqla ötən ildən təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirakını təmin edib.

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində  "Tokio-2020"Olimpiadasında iştirak hüququ əldə edib