logo

AFFA I Divizion klublarını yenə Premyer Liqaya buraxmadı

11:57 08-05-2021 | icon 3367
AFFA I Divizion klublarını yenə Premyer Liqaya buraxmadı

AFFA Lisenziyalaşdırma Komissiyası I Divizion klublarının Azərbaycan Premyer Liqasında iştirak üçün müraciətlərini müsbət cavablandırmayıb.

YeniAvropa xəbər verir ki, "Kəpəz”, "Turan Tovuz”, "Qaradağ-Lökbatan” və "Zaqatala”ya Premyer Liqasında iştirak üçün lisenziya verilməyib.

Odur ki, 2020/2021 mövsümündə Premyer Liqada çıxış edən 8 klubun hamısı - "Qarabağ", "Neftçi", "Sumqayıt”, "Zirə”, "Keşlə”, "Sabah”, "Səbail" və "Qəbələ" gələn mövsüm də yüksək liqada çıxış edəcəklər.

Assosiasiyadan verilən məlumatda qeyd edilir ki, müraciətləri rədd edilən klublar imtina barədə bildiriş aldıqdan sonra 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.