logo

Güləşçilərimiz  Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar

10:10 08-05-2021 | icon 3213
Güləşçilərimiz  Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

 YeniAvropa xəbər verir ki, turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Murad Məmmədov (60 kq) Stiq Andre Berqe (Norveç), Rəsul Çunayev (67 kq) moldovalı Donior İslamov, Rafiq Hüseynov (77 kq) Hyenvu Kim (Koreya Respublikası), Murad Lokyayev (97 kq) İtaliya idmançısı Nikolos Kakelaşvili, Beka Kandelaki (130 kq) isə Oskar Marvik (Norveç) ilə görüşdə xalça üzərinə çıxacaqlar.

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.