logo

Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

12:38 07-05-2021 | icon 4466
Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki,hərbi qulluqçu- kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə təhvil verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!