Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,qonağı səmimi salamlayan komitə sədri Kristofer Martinez Berroteranın Azərbaycanda səfir kimi aktiv fəaliyyətini qeyd edib. Səməd Seyidov dövlət rəhbərləri arasındakı yüksək səviyyəli siyasi əlaqələr sayəsində ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almasını əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, əlaqələrin inkişafı üçün bu əlverişli mühitə baxmayaraq, ölkələrimiz arasındakı iqtisadi-ticari əməkdaşlıq istənilən səviyyədə deyil.
Dostluq münasibətlərinin parlamentlərarası əməkdaşlığın inkişafı üçün də geniş imkanlar açdığını bildirən Səməd Seyidov bu sahədə əlaqələrin təşkili perspektivlərindən söz açıb.
Görüşə görə minnətdarlığını bildirən Kristofer Martinez Berroteran parlament diplomatiyasının rolunu yüksək qiymətləndirdiyini deyib. Səfir ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafının ümumi mənafelərə cavab verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində prezident İlham Əliyevin fəaliyyətini qeyd edərək, yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin, aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.
Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir