logo

Xalq artisti Səməd Səmədov toy sahiblərinə fırıldaq gəlirmiş -VİDEO

16:06 06-05-2021 | icon 42917
Xalq artisti Səməd Səmədov toy sahiblərinə fırıldaq gəlirmiş -VİDEO

“Həmin Zaur” proqramına qonaq olan müğənni Sevda Əliqızı xalq artisti Səməd Səmədovu toy sahiblərini aldatmaqda ittiham edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Sevda Əliqızı "ARBTV"də qonaq olarkən deyib. 

Onun sözlərinə görə, keçmiş duet ortağı toylara başqa ifaçı apararaq, onun disklərindən istifadə edirmiş ki, uzaq yerdə kimdir Sevdanı tanıyan:

“Eşitdiyimə görə Səməd Səmədov bəzi toylara gedərkən mənim yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar. Həmin yeni müğənni öyrənənə qədər bəzi toyları yola veriblər”.

Müğənni S.Səmədovla duet ortaqlığını niyə bitirdiyini də açıqlayıb:

“Biz Səməd müəllimlə 15 il duet oxuduq, amma sonra bəzi söz-söhbətlər olduğuna görə ayrıldıq. Deyildi ki, guya prodüser qalmaqal yaradıb. Düşünüblər Sevda artıq yaşlandığı üçün cavan bir kadr götürmək lazımdır ki, nə isə yenilik etsinlər. Amma hələ ki, yenilik görmürəm”.