logo

Bakıda “SPE Xəzər Texniki konfransı” keçiriləcək

15:33 06-05-2021 | icon 5320
Bakıda “SPE Xəzər Texniki konfransı” keçiriləcək

Bu il oktyabrın 5-dən 7-dək Bakıda növbəti illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) keçiriləcək.

YeniAvropa xəbər verir ki, sayca 8-ci “SPE İllik Xəzər Texniki Konfransı” çərçivəsində cari iqlimi təhlil etmək, yeni texnologiyaları, yeni ixtiraları və neft və qaz çıxarılması sahəsində birinci mənbədən informasiyaları müzakirə etmək üçün beynəlxalq top menecerlərlə və texniki ekspertlərlə birlikdə Xəzər neft-qaz sahəsinə aid olan energetika sahəsindən olan mütəxəssislər bir araya toplaşacaq.

Həmçinin tədbirdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması sahəsində mütəxəssislər və nümayəndələr, yerli, milli və beynəlxalq hökumət təşkilatları, qeyri - hökumət təşkilatları, peşə cəmiyyətləri, universitetlər, tədqiqat mərkəzləri və institutlardan nümayəndələr iştirak edəcəklər.