logo

Bill Qeyts 124 milyard dollarlıq sərvətini boşadığı arvadı ilə bölüşür

13:53 05-05-2021 | icon 4011
Bill Qeyts 124 milyard dollarlıq sərvətini boşadığı arvadı ilə bölüşür
"Microsoft" şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts boşanma qərarından sonra 124 milyard dollarlıq sərvətlərinin paylaşımı üçün razılığa gəliblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, cütlük razılaşmanın detallarını gizli tutmağa qərar verib. Məlumata görə, cütlüyün ABŞ-ın Vaşinqton, Florida, Kaliforniya və Vyominq ştatlarında 5 fərqli evi var. Kaliforniyadakı ev 43 milyon dollar, Floridadakı 59 milyon dollar dəyərindədir. Lakin cütlüyün ən çox diqqət çəkən evi Vaşinqtondakı 125 milyon dollarlıq göl evidir.

ABŞ-da ən çox əraziyə sahib olan Qeytsin 18 fərqli ştatda 970 min hektarlıq torpaq sahələri mövcuddur. Bununla yanaşı, iş adamının özəl təyyarəsi, helikopteri və.s nəqliyyat vasitələri də var. Maşınlara marağı ilə tanınan Bill 30 avtomobilin yerləşə biləcəyi nəhəng avtomobil parkına da sahibdir. 
 
Qeytsin digər sərvətləri arasında Vinslov Homerin 1998-ci ildə 36 milyon dollara satdığı "Lost On The Grand Banks”, Corc Bellovun 1999-cu ildə 28 milyona satdığı "Polo Crowd” tablosu və bu kimi digər əsərlər var.
 
Qeyd edək ki, Bill və Melindanın bu nikahdan üç övladı var.