logo

Xalq şairi Fikrət Qoca vəfat etdi

11:26 05-05-2021 | icon 6657
Xalq şairi Fikrət Qoca vəfat etdi

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin(AYB) I katibi, Fikrət Qoca vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə AYB-in mətbuat katibi Xəyal Rza məlumat verib.

O, F.Qocanın  85 yaşında səhər saatlarında evində vəfat etdiyini bildirib.

Fikrət Göyüş oğlu Qocayev  25 avqust 1935 -ci ildə  Ağdaş rayonunun , Kotanarx kəndində anadan olub. 

1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

Onun şeirlərinə bəstələnmiş musiqilər ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.) hələ də sevə-sevə dinlənilir. 

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb.

1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatıdır.