logo

Vəzifədə olarkan vəfat edən nazirlər

18:48 02-05-2021 | icon 2072
Vəzifədə olarkan vəfat edən nazirlər

İndiyədək  Azərbaycanda 3 nazir vəzifədə olduğu müddətdə xəstəlik səbəbindən  dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, onlar mərhum energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov və gənclər və idman Naziri Azad Rəhimovdur.

Energetika naziri olmuş Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. N.Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci ildə isə sənaye və energetika naziri təyin edilib. 2013-cü ildən energetika naziri vəzifəsində çalışan Natiq Əliyev 9 iyun 2017-ci il tarixində, 69 yaşında Türkiyə müalicə aldığı xəstəxanalardan birində ürək çatışmazlığından vəfat edib. 

Müdafiə sənayesi naziri Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda dünyaya gəlib. Y.Camalov 2006-cı ildə müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib. O, 2018-ci ilədək bu vəzifəni icra edib. Həmin ilin 23 iyununda Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 68 yaşında vəfat edən nazir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Gənclər və idman naziri Azad Rəhimov 1964-cü ildə Bakıda anadan olub. O, 2006-cı ildən etibarən gənclər və idman naziri vəzifəsini tuturdu. A.Rəhimov həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Onun ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat etməsi ötən gün rəsmi şəkildə təsdiqləndi. Qeyd edək ki, 56 yaşında dünyasını dəyişən nazir ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.

Azad Rəhimov bu gün II Fəxri Xiyabanda dəfn olunub.

Xatırladaq ki, Azad  Rəhimov  Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir. Bir oğlu var. Oğlu Arıf Rəhimov  "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir.