logo

İbrahim Tatlısəs 6-cı dəfə 26 yaşlı qızla evləndi

15:20 02-05-2021 | icon 38080
İbrahim Tatlısəs 6-cı dəfə 26 yaşlı qızla evləndi

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs 6-cə dəfə evlənib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  müğənni özü bu barədə aparıcısı olduğu "İbo Show” verilişində  açıqlama verib.

O, bu yaxınlarda gizli şəkildə ailə həyatı qurduğunu bildirib.

İ.Tatlısəs bu dəfəki həyat yoldaşının ondan 43 yaş kiçik olduğunu söyləyib. Bildirib ki, Gülçin Karakayanın 26 yaşı var. 

"Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyyətdə deyiləm”, - deyə ifaçı sayca beşinci, amma əslində 6-cə  evliliyini belə şərh edib.

Qeyd edək ki, 69 yaşlı İbrahim Tatlısəsin əvvəlki evliliklərindən 7 uşağı var. Onlardan 3-ü birinci həyat yoldaşı Ədalət Tatlısəsdəndir. Sonrakı həyat yoldaşları Pərihan Savaş, Dərya Tuna, və Ayşəgül Yıldızın hərəsindən bir uşağı var. O,gizli evləndiyi 5-ci həyat yoldaşı Işık Çitakdan olan Dilan adlı qızını sonradan qəbul etmək məcburiyyətində qalıb.