logo

Xarici işlər naziri Ceyhun Bayramova yeni müavin təyin olunub

10:30 30-04-2021 | icon 3038
Xarici işlər naziri Ceyhun Bayramova yeni müavin təyin olunub

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.

 

YeniAvropa xəbər verir ki,  bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb.

O, daha əvvəllər təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.