logo

Mayın sonunadək Qazaxıstanda “Azərbaycan Ticarət Evi” açılacaq

18:33 29-04-2021 | icon 6440
Mayın sonunadək Qazaxıstanda “Azərbaycan Ticarət Evi” açılacaq

Cari il mayın sonunadək Qazaxıstanda “Azərbaycan Ticarət Evi”nin rəsmi açılış mərasimi baş tutacaq.

YeniAvropa xəbər verir ki, bu barədə aprelin 29-da baş tutan  “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Ticarət evinin açılmasında həm qazaxıstanlı istehlakçılar, həm də Azərbaycan istehsalçıları maraqlıdır. Biz öz tərəfimizdən bu əlaqələrin qurulmasına və Qazaxıstanda yaradılan müəssisə və təşkilatların fəaliyyətinə yardım göstərmişik və gələcəkdə də köməklik göstərəcəyik”, - deyə səfir qeyd edib.