logo

Generalın qudası həbs edilən bacısı oğlunun yerinə baş həkim oldu

18:52 27-04-2021 | icon 4053
Generalın qudası həbs edilən bacısı oğlunun yerinə baş həkim oldu

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.

 YeniAvropa xəbər verir ki,artıq hospitala yeni rəhbər təyin edilib. Belə ki, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.

Qeyd edək ki, Y.Abbasova fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur./unikal.org